Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri...

29.03.2019

Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1400 manat pul və 3650 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Nəzərov saxlanılmış, 2 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Bakı ŞBPİ, Metropolitendə Polis Şöbəsi və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadının çantasından 50 manat və sənəd oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvələr məhkum olunmuş A.İqorov saxlanılmışdır. 

Soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Stupkanın ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən 1000 manat oğurlaması da müəyyən edilmişdir. 

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 230 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Xuşqari saxlanılmışdır. 

Xətai RPİ 34-cü PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 28-də rayon ərazisindəki köşklərin birindən soyğunçuluq yolu ilə tütün məmulatı aparmaqda şübhəli bilinən Abşeron rayon sakini S.Hacıyev saxlanılmışdır. 

Binəqədi RPİ 6-cı PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 19-da əcnəbi vətəndaşın avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Şirinov saxlanılmışdır.  

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılmışdır.  Araşdırma aparılır.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanmışdır.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılmışdır. Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülmüşdür. 
Faktla bağlı cinayət işi başlanılmışdır.

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də rayon ərazisindəki evlərin birindən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Əhmədli və M.Məmmədov saxlanılmışlar. 





Çap et  Çap et