Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Aprelin 3-də Xətai rayonunun K.Kərimov küçəsindəki kafelərin birində naməlum şəxs Bakı şəhər sakini...

03.04.2019

Aprelin 3-də Xətai rayonunun K.Kərimov küçəsindəki kafelərin birində naməlum şəxs Bakı şəhər sakini Ə.Mirzəyevi döyüb içərisində 100 manat və maaş kartı olan pul kisəsini almışdır. Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Qasımov saxlanılmışdır.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və  Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor, qaz sobası və ətçəkən maşın oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini R.Fərmanov saxlanılmışdır.

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla bağlı araşdırma aparılır. 

Quldurluq etdiyinə görə tutulmuş Nadir Mustafazadənin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et