Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də...

02.04.2019

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirb. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri aparılır. 

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini A.Qasımov “İJ” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verilmişdir.





Çap et  Çap et