Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

09.04.2019

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılmışlar.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsindəki evlərin birindən 250 manat, 50 ABŞ dolları, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Xalıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Qəhrəmanova məxsus avtomobildən noutbuk, maqnitofon və bankomat kartı, rayon ərazisindəki evlərin birindən məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Səngəçal qəsəbə sakinləri olan 4 nəfər saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 700 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birinin həyətindən qaynaq aparatı, su mühərriki və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsgəndərov saxlanılmışdır.





Çap et  Çap et