Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Aprelin 9-da saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsindəki mağazaların birindən...

10.04.2019

Aprelin 9-da saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal polis əməkdaşları hadisə yerinə gəlmişlər. Oradan geyim əşyaları oğurlamış paytaxt sakini Y.Balabanova polis əməkdaşları tərəfindən saxlanılmış və 34-cü Polis Şöbəsinə təhvil verilmişdir.

Xəzər RPİ 1-ci PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki evlərin birindən 1600 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən C.Eyvazov və P.Nəbiyev saxlanılmışlar.





Çap et  Çap et