Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

11.04.2019

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat pul, noutbuk və fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini O.Ələkbərzadənin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən İ.Abbasov və C.Rüstəmov saxlanılmışlar.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həyətyanı sahələrin birindən qaynaq aparatı və elektrik naqili oğurlaması da müəyyən edilmişdir. 

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılmışdır. 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Dövlətovdan müvafiq sənədləri olmayan “İJ-18 EM” markalı ov tüfəngi, 2 ədəd patron və bir ədəd bıçaq götürülmüşdür. 

Aprelin 9-da saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun “Mercedes” markalı avtomobili  qaçırılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini C.Kərimovun “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən digər şəxs - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Həsənzadə saxlanılmışdır. 

Aprelin 11-də saat 9 radələrində Nəsimi rayonunun A.Məhərrəmov küçəsindən Abşeron rayon sakini V.Novruzlunun “VAZ-2107” markalı avtomobili qaçırılmışdır.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Zeynallı saxlanılmışdır.





Çap et  Çap et