Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

23.04.2019

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bu barədə digər xidmət sahələrinin əməkdaşlarına da müvafiq məlumat verilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki  mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşları hadisə yerində olmuş, müvafiq araşdırmalar aparmışlar. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılmışdır. Araşdırma aparılır.

Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Saat 23 radələrində yolu keçərkən “Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölmüşdür. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlamışlar. Faktla bağlı cinayət işi başlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 8 bağ evindən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Kəlbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 34-cü Polis Şöbəsi və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini K.Alcanov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 1 kafedən, 2 mağazadan, 1 aptekdən və 1  avtomobildən pul və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki sexlərin birindən içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi və 400 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Rufullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan  narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Suraxanı RPİ 33-cü PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 550 manat pul, noutbuk, mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Aslanov saxlanılmışdır.

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şossesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et