Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin və K.Alcanovun ətraflarında...

24.04.2019

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin və K.Alcanovun ətraflarında Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 2 avtomobildən mobil telefon və paytaxt sakini olan bir qadının mobil telefonunu oğurlamaları da müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da əcnəbi vətəndaşın “Mitsubishi” markalı avtomobilindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş M.Şabanov saxlanılmışdır. Araşdırma aparılır.

Aprelin 24-də saat 15 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Qəbələ rayon sakini A.Amriyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oleq Voronovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-dən aprelin 5-dək olan müddətdə rayon ərazisində 2 mağazadan, habelə 1 avtomobildən pul, sənəd, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini C.Abbasov saxlanılmşdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Nərimanov rayonu ərazisində daha 4 avtomobildən pul, mobil telefon və bank kartları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiklərinə görə tutulmuş Ə.Əmrahovun və S.Babayevin ətraflarında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki daha 1 evdən 200 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Çap et  Çap et