Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları...

05.05.2019

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Cəlilov polis əməkdaşkları tərəfindən saxlanılmışdır.  Araşdırma aparılır. 

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də rayon ərazisində Bakı şəhər sakini R.Həsənovun cibindən 105 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş M.Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2018-ci ilin iyun və avqust aylarında Binəqədi qəsəbəsi ərazisindəki evlərdən birinin zirzəmisindən müşahidə kamerasını, təmir-tikinti alətlərini, bir həyətdən və bir evdən 2 velosiped oğurlaması da müəyyən edilmişdir. 

Çap et  Çap et