Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Mayın 14-də saat 8 radələrində Nəsimi rayonunun 28 May küçəsində Bakı şəhər sakini...

14.05.2019

Mayın 14-də saat 8 radələrində Nəsimi rayonunun 28 May küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firəngiz Nəzərovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Mayın 14-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də paytaxt sakini A.Məmmədovanın bank hesabından 373 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdulrəhmanov saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-dən martın 4-dək olan müddətdə rayon ərazisindəki ofislərdən birinin divarına quraşdırılmış kondisionerin mühərrikini, “Mercedes” markalı avtomobildən mobil telefon və 1 mağazadan 2 ədəd spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Sadıqov saxlanılmışdır.





Çap et  Çap et