Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş M.Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən...

30.05.2019

Oğurluq etdiyinə görə tutulmuş M.Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 həyətyanı sahədən su sayğacı, xalça və inşaat materialları oğurlaması da müəyyən edilmişdir. 

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aprelin 8-də rayon ərazisində “BMW” markalı avtomobildən içərisində 500 manat, 90 ABŞ dolları, bank kartı və sürücülük vəsiqələri olan pulqabını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür. 

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisində “Land Rover” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Əliyev saxlanılmışdır.





Çap et  Çap et