Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

09.06.2019

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də və 15-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən 1 ədəd qol saatı, “Ford” markalı avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əlizadə saxlanılmışdır.

Bakı şəhər BPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 200 manat və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən P.Nadirova və qrupun digər üzvü - Yevlax şəhər sakini F.Abdullazadə saxlanılmışlar.

İyunun 9-da Binəqədi qəsəbəsində yaşayan 66 yaşlı Vidadi Rəcəbovun bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Binəqədi rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində qətli törətməkdə şübhəli bilinən V.Rəcəbovun qonşusu, 64 yaşlı İ.Mürsəlov saxlanılmışdır. Araşdırma aparılır.





Çap et  Çap et