Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini...

17.06.2019

İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil vermişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon və akkumulyator, habelə qabaq faraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılmışdır. 





Çap et  Çap et