Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

İyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində...

19.06.2019

İyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurmuş və piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də rayon ərazisindəki mağazaların birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və əvvəllər  məhkum olunmuş F.Allahverdiyev saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aprelin 27-də rayon ərazisində 2  avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Məmmədov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 12.000 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Cəfərli saxlanılmışdır.

İyunun 19-da saat 22 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et