Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

İyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini...

20.06.2019

İyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Qəşəm Hüseynovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən paytaxt sakini olan bir qadının içərisində 90 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əsədov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Mehdiyev saxlanılmışdır.





Çap et  Çap et