Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənciliklə məşğul olduqlarına görə...

25.06.2019

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənciliklə məşğul olduqlarına görə 11 nəfər, o cümlədən 2 kişi, 3 qadın və 6 azyaşlı saxlanılmışdır.
Xətai RPİ-nin 35-ci, 36-cı Polis Bölmələri və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul və qızıl-zinət  əşyaları oğurlamaqda şübhəli bilinən Bakı və Qazax şəhər sakinləri olan 3 yeniyetmə saxlanılmışdır.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində B.Heydərova məxsus avtomobildən 120 manat pul və mobil telefon oğurlamaqda  şübhəli bilinən Binə qəsəbə sakini H.Qasımov saxlanılmışdır.





Çap et  Çap et