Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları...

23.06.2019

Xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 20-də Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edib 17000 manat pulunu alması da müəyyən edilmişdir.

İyunun 23-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurmuşdur. M.Əliyev hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

İyunun 23-də saat 9 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulmuşdur. Həmin şəxs hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

İyunun 23-də saat 23 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurmuşdur. E.Bəhramov hadisə yerində ölmüşdür.  Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

İyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini M.Baxşıyevin münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.  Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulmuşdur. 





Çap et  Çap et