Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat ...
12.07.2019
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-da Bakı şəhər sakini G.Quliyevanın içərisində 155 manatı və 320 manat dəyərində qızıl-zinət əşyaları olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Ağayeva saxlanılmışdır.
Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-də Z.Muradovaya zor tətbiq edib içərisində 90 manat, mobil telefon və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Təhməzov saxlanılmışdır.
Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini V.Əhmədova zor tətbiq edib 150 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Şərur rayon sakini Y.Musayev saxlanılmışdır.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini K.İbrahimov və Abşeron rayon sakini S.İsmayılov saxlanılmışlar.
Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2400 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini R.Hətəmova saxlanılmışdır.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 həyətyanı sahədən qaz sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Əliyev və E.Hüseynov saxlanılmışlar.