Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri ...

13.07.2019

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 10-da Bakı şəhər sakini X.Bağırova məxsus “Hyundai” markalı avtomobildən içərisində 200 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cavadov saxlanılmışdır. Ondan 0,427 qram heroin götürülmüşdür. 

Daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilərək götürülmüşdür. 

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılmışlar.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 3-də rayon ərazisindəki avtomobillərin birindən  850 manat, noutbuk, sənəd və açarlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılmışdır. Ondan 1 ədəd 100 manatlıq saxta əskinas, 1 ədəd bıçaq və 1,780 qran heroin aşkar edilərək götürülmüşdür.





Çap et  Çap et