Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat ...

16.07.2019

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-dən iyulun 8-dək olan müddətdə rayon sakinlərinə məxsus 3 velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyev saxlanılmışdır.  
 
İyunun 28-də Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanmışdır. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki 2 evdən, 2 avtomobildən, 1 mağazadan pul, məişət əşyası və tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini Şükufə Qurbanovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Opel” markalı avtomobilin sürücüsü - paytaxt sakini B.Nəzərli saxlanılmışdır.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 25-də və 28-də rayon ərazisindəki 1 gözəllik salonundan televizor və 1 aptekdən noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər  məhkum olunmuş F.Bağırov saxlanılmışdır.





Çap et  Çap et