Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri ...

20.07.2019

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisində Bakı şəhər sakini S.Şiriyevə məxsus “VAZ-2106” markalı avtomobildən 80 manat və maqnitofon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini V.Məmmədov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən iyulun 20-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən Abşeron rayon sakini Ə.Cəbrayılova məxsus içərisində 205 manat və sürücülük vəsiqəsi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Talıbzadə saxlanılmışdır.

İyulun 10-da Yasamal RPİ 29-cu PŞ-yə müraciət edən İsmayıllı rayon sakini S.Eyyubov iyulun 9-da saat 23 radələrində rayon ərazisindən “Lada Priora” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Xəzər RPİ 2-ci PŞ, Yasamal RPİ 29-cu PŞ və İsmayıllı RPŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən P.Kamalov İsmayıllı rayonunun ərazisində saxlanılmışdır.

İyulun 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Əmircan qəsəbə sakini E.Səlimov həmyerlisi olan tanışı R.Seyidova bıçaqla yüngül xəsarət yetirib “VAZ-2107” markalı avtomobilini ondan alıb qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk etmişdir. 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Səlimov saxlanılmış və avtomobil sahibinə qaytarılmışdır. Araşdırma aparılır.

İyulun 20-də Nərimanov rayonunun Təbriz küçəsindən Bakı şəhər sakini S.Əzizov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Kazımov saxlanılmışdır. Araşdırma aparılır.

İyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisindən qəsəbə sakini S.Məmmədov xəsarətlə xəstəxanaya gətirilmişdir. 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən həmin qəsəbənin sakini R.Sadiyev saxlanılmışdır. Araşdırma aparılır.

İyulun 20-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəbiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Lalə Əliyevanı vurmuş və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et