Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

30.07.2019

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 29-da Bakı şəhər sakini İ.Tağıyevə məxsus içərisində 140 manat və 100 ABŞ dolları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən, paytaxt sakini olan bir yeniyetmə saxlanılmışdır.  

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki 3 mağazadan 135 manat pul, 2 ədəd mobil telefon və ətir oğurlamaqda şübhəli bilinən, Yardımlı rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də Bakı şəhər sakini R.Hüseynovu bıçaqla hədələyib pulunu və mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Nurullayev saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

İyulun 30-da saat 23 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini M.Bəşirov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini  Azər Məmmədovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et