Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Avqustun 26-da saat 12 radələrində Səbail rayonunun Ü.Hacıbəyli küçəsində Şamaxı rayon sakini...

26.08.2019

Avqustun 26-da saat 12 radələrində Səbail rayonunun Ü.Hacıbəyli küçəsində Şamaxı rayon sakini N.Qədirov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ağaibrahim İbrahimovu vurmuş və nəticədə piyada  hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən R.Hüseynova məxsus “Niva” markalı avtomobildən mobil telefon, qol saatı və parfyumeriya oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini F.Qarayev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsindəki inzibati binaların birindən noutbuk, elektrik samovarı və 2 ədəd telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abdinov saxlanılmışdır.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə avqustun 26-da B.Nuriyev küçəsindən A.Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur . Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilmişdir. Araşdırma aparılır.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 ədəd patron götürülmüşdür.





Çap et  Çap et