Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri ...
06.11.2019
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılmışlar.
Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini O.Vəliyevin içərisində 1300 manat, sənəd və açarlar olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Həsənov saxlanılmışdır.
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 500 manat və 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Bünyatova saxlanılmışdır.