Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

11.11.2019

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Xəlilov oktyabrın 25-nə keçən gecə Q.Qarayev küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş N.Vəliyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1000 manat, 300 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd DVD aparatı oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən noyabrın 9-da rayon ərazisindəki evlərin birindən 370 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini İ.Zeynalova saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 30-da rayon ərazisində “Renault” markalı avtomobildən 2350 manat oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini R.Həsənov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş H.Bağırovun ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən 17.000 manat, 10.050 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Ə.Adıgözəlovanın 3500 manatını və Ş.Sadiqinin 588 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılmışdır.





Çap et  Çap et