Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış ...

20.01.2020

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 1205 avro, 20 ABŞ dolları və sənəd oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də rayon ərazisindəki idman zallarının birindən 1125 manat, 2 ədəd velosiped və 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Quba rayon sakini A.Həsənov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 108 qram heroin aşkar edilərək götürülmüşdür.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - H.Məmmədov və Ş.Hacıyev saxlanılmışlar.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Binəqədi qəsəbəsindəki kafelərdən birinin həyətindən “Xaski” cinsli iti oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini İ.Qaçayev saxlanılmışdır.

Yanvarın 20-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini T.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Peykar Məcnunovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et