Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ...

26.02.2020

Fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşmuşdur. Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma
Quliyeva hadisə yerində ölmüş, digər sürücü xəstəxanaya yerləşdirilmişdir.
 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul, video qeydiyyat qurğusu, geyim əşyaları və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki mağazaların birindən 120 manat pul, 380 manat dəyərində spirtli işki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqəsindən 700 manat dəyərində lotoreya kuponları, 7 mağazadan pul, mobil telefon, kompyuter, videomüşahidə qurğusunun yaddaş kartı, parfyumeriya, 3 avtomobildən pul, mobil telefon, gümüş üzük, monitor və sənəd, habelə 2 həyətdən velosiped oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et