Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

16.03.2020

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri, su qızdırıcısı, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağacanov saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Z.Bəndəliyevə məxsus avtomobilin 1200 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki mağazaların birindən 11.450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Sultanov və R.Ağarəşidov saxlanılmışlar.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun və H.Dadaşzadənin ətraflarında Nərimanov RPİ 17-ci PŞ və Nizami RPİ 23-cü PB-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayonlar ərazisindəki 4 mağazadan ümumilikdə 2530 manat pul, 3 ədəd mobil telefon və 300 manat dəyərində maqnitofon oğurlamaları da müəyyən edilmişdir.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Y.Burcəliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Fərəcov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun martın 8-də rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini Z.Nəsirlinin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et