Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində...

15.05.2020

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramana qəsəbəsi ərazisində iki “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılmışdır.

Nəqliyyatda Baş Polis İdarəsi, Yasamal RPİ 29-cu PŞ və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.İbrahimova məxsus “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını və “TO-30” markalı 2 traktordan 5 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun mayın 13-nə keçən gecə Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobildən akkumulyator oğurlaması, habelə oğurladığı dövlət qeydiyyat nişanlarını idarə etdiyi “Hyundai” markalı avtomobilin üzərinə quraşdırmaqla oğurluq etməsi də müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində F.Qəhrəmanova məxsus yardımçı təsərrüfatdan 24 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Əliyev və Ş.Quliyev saxlanılmışlar. 





Çap et  Çap et