Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

İyunun 17-də Yasamal rayonu ərazisindən ...

23.06.2020

İyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı cinayət işi başlanılmışdır. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılmışlar.





Çap et  Çap et