Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Sentyabrın 10-da saat 8 radələrində Pirallahı qəsəbəsində ...

11.09.2020

Sentyabrın 10-da saat 8 radələrində Pirallahı qəsəbəsində qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş E.Qocayevin ətrafında Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Nizami rayonu ərazisində A.Hüseynovaya, F.Nazıyevaya, E.Əzizova, İ.Əmirova və N.Məmmədliyə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən 340 manat pul və 100 manat dəyərində boyunbağı, 1 aptekdən 250 manat dəyərində 4 ədəd eynək, C.Mustafayevə məxsus təmir-tikinti aləti, 1 həyətyanı sahədən isə 2 ədəd velosiped oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da rayon ərazisindəki evlərin birindən 4750 manat pul, 20 metr elektrik naqili və mobil telefon oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisində bir avtomobildən 150 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Rəsulov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də E.Məmmədovun içərisində 600 manat, hesabında 546 manat olan bank kartı və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Talıbzadə saxlanılmışdır.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24.420 manat dəyərində məişət əşyaları, pianino, kompüter, çilçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılmışdır.





Çap et  Çap et