Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə ...

12.10.2020

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə oktyabrın 12-də saat 16 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə olan 2 sərnişinin onu bıçaqla hədələyib 35 manat pulunu alması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Qafarov müəyyən edilərək saxlanılmış, digər bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 220 manat pul və 280 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Məlikəliyev saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şahverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir avtomobildən 230 manat pul və bank kartı oğurlaması da müəyyən edilmişdir.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.İsmayılova oktyabrın 10-da saat 11 radələrində B.Çobanzadə küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində 310 manat olan pulqabısını aldığını bildirmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə oktyabrın 10-da saat 6 radələrində Z.Əhmədbəyov küçəsində bir nəfərin Bakı şəhər sakinləri N.Abdullayevin baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, arvadına isə güc tətbiq edərək bıçaqla hədələyib 20 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olmuşdur. N.Abdullayevə və arvadına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Abışov müəyyən edilərək saxlanılmışdır.





Çap et  Çap et