Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Sabunçu RPİ əməkdaşlarının...

17.01.2021

Sabunçu RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Balakişiyevin evinin zirzəmisinə baxış zamanı oradan nömrəsi silinmiş “AKMS” markalı silah, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.
 
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Masallı rayon sakini  Ə.Səmədovun və Sədərək rayon sakini Ə.Rzayevin pullarını və geyim əşyalarını oğurlamaqda, Ə.Rzayevin oğlunun mobil telefonunu isə quldurluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş K.Ağayev saxlanılmışdır. 





Çap et  Çap et