Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən O.Qasımov saxlanılıb

10.02.2021

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Qəribov fevralın 9-da saat 23 radələrində Əmircan qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən O.Qasımov müəyyən edilərək fevralın 10-da Qaraçuxur qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır
 





Çap et  Çap et