Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

07.03.2021

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə martın 6-da bir nəfərin Bakı şəhər sakini A.Hüseynova zor tətbiq edərək 45 manat pulunu alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov müəyyən edilərək saxlanılmışdır.  
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
 





Çap et  Çap et