Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının...

07.06.2021

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də Bakı şəhər sakini Z.Məmmədovun içərisində 545 manat, bank kartları və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Mirzəyeva saxlanılmışdır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zəngilan rayon sakini E.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqramdan artıq marixuana götürülmüşdür.

İyunun 7-də saat 23 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Q.Şıxəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 





Çap et  Çap et