Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Sentyabrın 9-da saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində...

10.09.2021

Sentyabrın 9-da saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qəhrəmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə nasaz vəziyyətdə dayanmış Əbülfət Ələsgərova məxsus “Tofaş” markalı avtomobili vurmuşdur. Nəticədə avtomobilin qarşısında dayanmış Ə.Ələsgərov hadisə yerində ölmüş, sərnişini E.Bayramova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
 
Sentyabrın 9-da saat 1 radələrində Yasamal rayonu ərazisində T.Cəfərova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Rəşad Abdurəhmanovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et