Avtomobildən 740 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən axlanılıb
17.03.2022
Avtomobildən 740 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Kazımov saxlanılmışdır
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 15-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisində “Niva” markalı bir avtomobildən 740 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kazımov saxlanılmışdır.
Araşdırma aparılır.