Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

27.04.2022

Xətai rayonunun M.Hadi küçəsindəki ofislərin birindən 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Səlimov saxlanılmışdır
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə  M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olmuşdur.  
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Səlimov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır





Çap et  Çap et