Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Biləcəri qəsəbəsində avtomobil təmiri sexindən avtomobil qaçırılıb

01.06.2022

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərindən birinin həyətindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Bayramov saxlanılmışdır
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərindən birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Bayramov saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində bir avtomobildən 1000 manat dəyərində maqnitofon, monitor, 4 ədəd səsgücləndirici və akkumulyator, bir kafedən isə 3000 manat dəyərində səsgücləndirici və ərzaq məhsulları oğurlaması da müəyyən olunmuşdur.





Çap et  Çap et