Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
21.12.2022
Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş F.Buğluyev və qardaşı T.Buğluyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.