Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Yasamal rayonda moped oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar

27.04.2023

Yasamal rayonu ərazisindən aprelin 25-nə keçən gecə 2400 manat dəyərində moped oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də talama cinayətlərinə görə məhkum olunmuş Ağstafa rayon sakini Z.Əliyev və Sumqayıt şəhər sakini A.Paşayeva saxlanılıblar.
Araşdırma aparılır.





Çap et  Çap et