Bakı şəhər Baş Polis İdarəsi

Rəhbərlik

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu 

1963-cü ildə Ermənistan Respublikası, Yeravan  şəhərində anadan olmuşdur.1988-ci ildə Vladimir  Xüsusi Orta Milis Məktəbini,  1997-ci ildə isə
DİN-in Polis Akademiyasını bitirmişdir.1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində əməliyyat xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, 2005-2020-ci illərdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət etmişdir.

2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 1610 nömrəli sərəncamı ilə «İgidliyə görə» və 01 iyul 2020-ci il tarixli 602 nömrəli sərəncamı ilə «Vətən uğrunda» medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2021-ci il tarixli  sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var.


Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini, p
olis polkovniki Ələkbərov Vüqar Hidayət oğlu

1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.2004-cü ildə DİN-in Polis Akademiyasını bitirmişdir.1998-ci ildən isə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir.

2004-2009-cu illərdə Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.  

2020-ci ilin iyun ayında Bakı Şəhər BPİ rəisinin müavini, dekabr ayında isə rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.

Bakı şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis general-mayoru Abdullayev Zaur Natiq oğlu

1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə Perm Ali Hərbi Komandirlər Məktəbini, 2016-cı ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1986-cı ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Müxtəlif illərdə DİN-in Daxili Qoşunlarında tağım, bölük, qərargah rəisi, hərbi hissə komandiri, Əlahiddə Çevik Polis Alayının rəisi vəzifələrində işləmişdir. 2019-cu ilin yanvar ayında Bakı şəhər BPİ rəisinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, 2016-cı ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var.






Çap et  Çap et