Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Daxili işlər naziri Hacıqabul rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

04.04.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Hacıqabul rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarından qəbula gələn 87 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

32 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 109 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.





Çap et  Çap et