Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Azərbaycan 20-ci Avropa Polis Konqresində təmsil olunur

21.02.2017

Fevralın 21-də Berlin şəhərində 20-ci Avropa Polis Konqresinin açılışı olub.

Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin builki mövzusu “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik”dir.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.

20-ci Avropa Polis Konqresi Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən açılıb. Mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər.





Çap et  Çap et