Oğurluq əməlini törətməkdə şübhəli bilinən Ə.Salmanov müəyyən edilərək saxlanılıb
05.08.2024
Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən satıcının mobil telefonunun və pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Salmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.