Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Yubiley Medalları Təqdim Olundu

11.09.2018

Tədbiri giriş sözü ilə açan Bakı şəhər Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun təbriklərini tədbir iştirakçılarına çatdırdı. Qeyd edildi ki, “Azərbaycan polisinin 100 illiyi 1918-1920” yubiley medalı daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticə əldə edən əməkdaşlara, veteranlara, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan şəxslərə verilir.

Daha sonra Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədovun iştirakı ilə medallar veteranlara təqdim olundu.

Çıxış edən veteranlar onlara göstərilən yüksək etimada görə daxili işlər naziri cənab Ramil Usubova dərin  minnətdarlıqlarını bildirdilər.  Ölkəmizdə sabitliyin, asayişin, təhlükəsizliyin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə bundan sonra da iştirak edəcəklərini qeyd etdilər. 

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.





Çap et  Çap et