Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Polisin fəaliyyəti etiraf olunur

08.11.2018

Polis orqanlarına daxil olan hər müraciət mahiyyətindən asılı olmayaraq, təhlil olunur, xidmətin səlahiyyətlərinə uyğun müvafiq tədbirlər görülür. Vətəndaşlarımız polisin qətiyyət və cəsarətinə inanır və bunu öz minnətdarlıq məktublarında səmimiyyətlə etiraf edir. Sadə və zəhmətkeş insanların qəlbindən süzülüb gələn sözlərin, həqiqətə və səmimiyyətə söykənən fikirlərinin maraqlı olduğunu nəzərə alaraq onları mütamadi olaraq dərc edirik…
 
Məmnunluğunun ifadəsi olan minnətdarlıq məktublarından birini “El-İjara” MMC-nin direktoru Rüfət Şükürov yazıb. Qarşılaşdığı problemlə əlaqədar polisə müraciət edən vətəndaş Bakı Şəhər BPİ Təşkilati İnspektor İdarəsinin rəisi, polis polkovniki Vüqar Ələkbərovdan razılıq edir. Bildirir ki, polis polkovninkin qayğısı ilə problem müsbət həllini taparaq, ədalətli qərar qəbul olunub. 
 
Oktyabrın 10-da “Azerconnect” MMC-nin mülkiyyətində olan mobil baza stansiyalarından akkumulyatorlar oğurlanıb. Bu barədə “102-Zəng Mərkəzi”nə məlumat verildikdən sonra Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsləri yaxalayıblar. MMC-nin baş icraçı direktoru Emil Məsimov Şöbənin rəhbərliyinə cinayətkarlığa qarşı apardığı mübarizədən dolayı təşəkkürünü bildirib.
 
Nərimanov rayonunda oktyabrın 8-dən 28-dək arıçılıq məhsullarının XIX sərgi-satış yarmarkası keçirilib. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov ərazidə xidmət aparan polis əməkdaşları Abdulla Cəlil və Tural Zalova minnətdarlığını bildirib.
“Mozalan” studiyası “Əlvida, Şmidt” adlı bədii film çəkib. Studiyanın direktoru Əli-Səttar Quliyev filmin çəkilişləri zamanı göstərdiyi köməkliyə görə Bakı Şəhər BPİ DYPİ-nin inspektoru, polis leytenantı Yasin Abbaslıya təşəkkürünü bildirib.
 
Pərviz Əliyev Kəngərli rayonu Qıvraq qəsəbəsinin sakini Məhəmməd Əliyevin etibarından sui-istifadə edərək 6 min 950 manatını talayıb. Bakı Şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Nizami Əbilov dəyən ziyanın ödənilməsini təmin edib.
 
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Gülbəniz Quliyeva sentyabrın 30-da şikayət ərizəsi ilə DİN rəhbərliyinə müraciət edib. Ərizə Bakı Şəhər BPİ-nin Təhqiqat Şöbəsində araşdırılaraq müvafiq tədbirlər görülüb.
 
Binəqədi rayon sakini Nazilə Zülfüqarov probleminin həllində göstərdiyi köməkliyə görə polis əməkdaşlarından razılığını ifadə edir.





Çap et  Çap et