Silah aşkar edilərək götürülüb
10.12.2018
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi İslamovdan “Naqan” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.