Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Axtarışda olan şəxs saxlanılıb

15.12.2018

Dələduzluğa görə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Bölməsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.





Çap et  Çap et